Məzmuna keç

Dəmir parçası ilə qonşusuna xəsarət yetirməkdə ittiham oluan şəxs hakim qarşısına çıxarılır

Göygöldə qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən Tural Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Göygöl şəhəri, Aydın Hacıyev küçəsində baş verib. Belə ki, Hüseynov Tural Turan oğlu qonşusu Qurbanov Aftandil Malik oğluna dəmir parçası ilə xəsarət yetirib. Qonşular arasında mübahisəyə səbəb isə Aftandil Qurbanovun küçədə tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlətməsi olub. T.Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə