"Cənubtikintiservis" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, ASC barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
