“Dünyagöz Azərbaycan” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsnin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Protokol təsdiq olunsa, xəstəxana altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
