Məzmuna keç

Narkotik tərkibli bitkilərin kultivasiyasında təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Ucarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən Dilqəm Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Tural Əfəndizadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Dilqəm Abdullayevin üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı heroin və marixuana, yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidən isə sonuncu tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu aşkar edilərək maddi sübut kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə