"Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Orxan Məmmədlinin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, Mərkəz üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
