Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Daşqın İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mirlətif Sadıqovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 1-nə təyin olunub.

Qeyd edək ki, Saatlı rayonunda iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Nuruşova Rəhilə Sahib qızı xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Qəzada təqsirli bilinən sürücü D.İsgəndərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə