Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Cəfər Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Elçin Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb. 2000-ci il təvəllüdlü Cəfər Quliyev idarə etdiyi "Xəzər" markalı avtomobillə 1951-ci il təvəllüdlü Hümbət Nəsibovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
