“AS İnşaat” MMC məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, “STP Global Cable” MMC şirkətə qarşı alqı-satqı müqaviləsi ilə bağlı iddia qaldırıb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası noyabrın 7-də keçiriləcək.
Şəbnəm Mehdizadə
