İmişlidə narkokuryerlik etməkdə təqsirləndirilən Seymur Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Əliqulular kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayevin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 2 kiloqram 74 qrama yaxın heroin və 1 kiloqram 160 qram marixuana aşkar olunaraq götürülüb. S.Ağayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
