Bakıda dava zamanı adam bıçaqlamaqda təqsirləndirilən Elşən Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 31-də keçiriləcək.
Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu Əli Ağa Şıxlınski küçəsində qeydə alınıb. E.Həsənov dava zamanı 1984-cü il təvəllüdlü Mikayılov Emin Dövran oğlunu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
