Məzmuna keç

Bakıda maşınlardan oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda maşınlardan oğurluq etməkdə təqsirləndirilən Samir İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

İş hakim Şəfa Dadaşovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Füzuli rayon sakini Samir İsgəndərov Lökbatan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda “KİA”, “Mercedes” və “QAZel” markalı 3 avtomobildən və 2 nəfərdən mobil telefon oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə