Məzmuna keç

Atasının ölümündə ittiham olunan şəxsin məhkəməsi başlayır

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Pərvin Yusiflinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən evlərin birində baş verib. Aparılan araşdırmalar zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifovun aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə