Məzmuna keç

Mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxslərin istintaqı başa çatdı

Goranboyda mağazadan oğurluq etməkdə təqsirləndirilən Fərid Alızadənin və Elnur Abuzərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.

Hakim Toğrul Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 1-də baş tutacaq.

Qeyd edək ki, Fərid Alızadə və Elnur Abuzərov Goranboy rayonu, Yeni Veysli qəsəbəsində yerləşən mağazadan 170 manat nağd pul, ümumi dəyəri 500 manat olan müxtəlif növ tütün, alkoqollu və alkoqolsuz içkilərin oğurlanmasında təqsirləndirilir. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların daha bir vətəndaşın evindən elektrik naqillərini oğurlamaları məlum olub. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə