“SR Dent” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, diş klinikası barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İş hakim Xalidə Əlisoyun icraatına verilib.
Protokol təsdiq olunsa, “SR Dent” altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
