Bərdədə tanışını qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin olunub.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü Zöhrab Əsgərov aralarında yaranmış mübahisə zamanı Bərdə rayonunun Qarağacı kənd sakini 1967-ci il təvəllüdlü Sahib Bayramova bıçaqla xəsarətlər yetirib. S.Bayramov 2 gün sonra müalicə aldığı xəstəxanada ölüb. Z.Əsgərova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
