Abşeronda narkokuryerlik etməkdə təqsirləndirilən Şükür Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılaması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Aynur Rzayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş Şükür Mirzəyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin, marixuana və narkotiklərin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
