Sabirabadda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rauf Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Nərimankənd kəndində qeydə alınıb. "VAZ-2107" və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ yanıb. Hadisə nəticəsində "VAZ-2107"nin sürucüsü, 1982-ci il təvəllüdlü Abdullayev Emin Eynulla oğlu və sərnişin, 1993-cü il təvəllüdlü Rzayev Elşad Əlsafa oğlu həlak olub. "Mercedes" markalı avtomobildə Sarıyev Nəbi Elnur oğlu, Cəfərov Rauf Famil oğlu və Muxtasanov Ramazan Eldar oğlu xəsarət alıblar. "Mercedes"in sürücüsü R.Cəfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
