Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçirilir.
E-huquq.az xəbər verir ki, Ali Məhkəmənin inzibati binasında təşkil olunan sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunur.
Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək sərgidə iştirak ödənişsizdir. Arzu edən hər kəs qeyd edilən tarixlərdə 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək şəxsiyyəti vəsiqəsi ilə Ali Məhkəmənin inzibati binasına yaxınlaşa bilər.
