Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində olub.
E-huquq.az xəbər verir ki, bu barədə fakültənin dekanı Zaur Əliyev məlumat verib.
Onun sözlərinə görə, 25 oktyabr – Avropa Ədalət Mühakiməsi Günü ilə əlaqədar keçirilən görüşdə Ali Məhkəmə ilə Hüquq fakültəsi arasında tədris sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
A.Hüseynov, həmçinin fakültənin professor-müəllim heyəti və tələbələrlə də görüşüb.

Şəbnəm Mehdizadə
