Məzmuna keç

Məhkəmə narkotik və qanunsuz silah saxlamaqda təqsirləndirilən şəxsə bəraət verdi

Şirvan Şəhər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlamaqda təqsirləndirilən İbrahimpaşa Xəlillinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Səidə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Xəlillinin təqsiri sübuta yetirilmədiyindən məhkəmə ona bəraət verib və təqsirləndirilən şəxs dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Xəlilli 4 dekabr 2022-ci il tarixdə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülb.

Şəbnəm Mehdizadə