"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
