Məzmuna keç

Abiddin Hüseynov BDU-nun Hüquq fakültəsinin tələbələri üçün mühazirə keçdi –

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 25 oktyabr – Avropa Ədalət Mühakiməsi Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Abiddin Hüseynovla görüş keçirilib.

E-huquq.az xəbər verir ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyevlə görüş zamanı Ali Məhkəmə ilə Hüquq fakültəsi arasında tədris sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Daha sonra Abiddin Hüseynovun "Mülki-prosessual hüququn aktual problemləri" mövzusunda açıq mühazirəsi keçirilib.

A.Hüseynov mülki prosesdə çəkişmə prinsipi, mülki məhkəmə icraatında hakimin formal həqiqət axtarışı, sübutetmə yükü və digər məsələlər haqqında tələbələrə ətraflı məlumat verib. Tələbələrin çoxsaylı sualları, müəllimlər və tələbələrin müxtəlif məsələlərlə bağlı diskussiyaları ilə müşaiyət olunan açıq mühazirə 2 saatdan artıq müddətdə davam edib.

Mühazirə böyük maraqla qarşılanmış və tələbələr bu cür faydalı mühazirələrin davam etdirilməsi və müvafiq hüquq sahələrinin alimlər və praktik işçilər tərəfindən birlikdə tədrisinin təşviq edilməsini təklif ediblər.