Məzmuna keç

“Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi cərimələnə bilər

"Azərbaycan Respublikasının Atçılıq Federasiyası" İctimai Birliyinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, Birlik barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə