Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı nümayəndəliyi barəsində inzibati protokol tərtib olundu

“Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə