Məzmuna keç

Hakim Kamil Bəşirov təqaüdə göndərildi

Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamil Bəşirov hakimlik fəaliyyətində son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, onun icraatında olan işlər yekunlaşıb və hakimlik səlahiyyətləri başa çatıb.

Qeyd edək ki, K.Bəşirov 1992-1994-cü illərdə Lənkəran Qarnizonu Hərbi Məhkəməsində məhkəmə iclas katibi, 1994-2000-ci illərdə Füzuli və Qubadlı qarnizonları hərbi məhkəmələrində hakim, 2000- 2007-ci illərdə Tərtər Hərbi Məhkəməsinin sədri, 2007-2017-ci illərdə Füzuli Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 2017-ci ildən Şirvan Apellyasiya Məhkəməsinin hakimi idi.

Şəbnəm Mehdizadə