Sumqayıtda iki nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən Rafiq Kərimduxtun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elçin Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Rafiq Kərimduxt qardaşı 1963-cü il təvəllüdlü Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd edib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
