Məzmuna keç

Mağazadan oğurluq etməkdə təqsirləndirilən qardaşlar hakim qarşısına çıxarılır

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq etməkdə təqsirləndirilən Bahadır Dadaşovun və Təhməz Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilib.

Hakim Atabəy Kiçibəyovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin olunub.

Qeyd edək ki, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər, Bakı şəhəri Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə