Məzmuna keç

Şəmkirdə 83 yaşlı kişini maşınla vurub öldürən sürücünün məhkəməsi başlayır

Şəmkirdə piyadanın öülüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Səfi Məmmədovun cinayət işi üzrə ibtidai istibtaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəmkir Rayon Məhkəməsi göndərilib.

Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, hadisə Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini Məmmədov Şəfi Yusif oğlu idarə etdiyi "Mersedes-Benz E 280" markalı maşınla yolu keçən piyada 1940-cı il təvəllüdlü Rüstəmov Kamil İsmayıl oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə