Şəmkirdə mağazadan oğurluq etməkdə təqsirləndirilən Nəriman Nadirov və Ofelya Nadirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
İş hakim Taleh Musayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Yevlax şəhər sakinləri N.Nadirov və O.Nadirova inşaat mağazasında satıcının diqqətini yayındırmaqla elektrik naqillərini oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
