Bərdə Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elman Bəndəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Elsun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Bəndəliyevin təqsiri sübuta yetirilmədiyindən məhkəmə ona bəraət verib və təqsirləndirilən şəxs dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittihama görə, E.Bəndəliyev satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlayıb. O, aprelin 1-də Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Cicimli kəndində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. E.Bəndəliyevin üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən sellofan paketdə çəkisi 42,09 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Şəbnəm Mehdizadə
