Məzmuna keç

Restorandan oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Naxçıvanda restorandan oğurluq etməkdə təqsirləndirilən Burxan İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Qabil Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Burxan İbrahimov Naxçıvan MR-da yerləşən restoranların birindən 2 ədəd POS-terminal və pul oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə