"Azərsu" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulması və ya bunlardan istifadə edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş hakim Ramilə Xəzrinin icraatına verilib.
Qeyd edək ki, İXM-nin bu maddəsinə əsasən fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
