İsmayıllı şəhərində piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tural Ağazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
İş hakim İlqar Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 14-nə təyin olunub.
Qeyd edək ki, T.Ağazadə idarə etdiyi avtomobillə 1987-ci il təvəllüdlü Səmədova Mətanət Şakir qızını vuraraq hadisə yerindən qaçmaqda təsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
