Məzmuna keç

Piyadanı vuraraq hadisə yerindən qaçmaqda ittiham olunan sürücü hakim qarşısına çıxarılır

Sabirabadda piyadanın xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqdan təqsirləndirilən Hüseyn Tarverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Cavad kənd sakini, 1991-ci il təvəllüdlü Şirinov Hüsən Həsən oğlu yolu keçən zaman avtomobil vurub. Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Tarverdiyev hadisə yerindən qaçıb. Ona qarşı Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittihma irəli sürülüb.

Şəbnəm Mehdizadə