Məzmuna keç

Masallıda külli miqdarda narkotiklə tutulan şəxs hakim qarşısına çıxarılır

Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılaması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Masallı rayon, Bədəlan kənd sakini Elməddin Hüseynov sərnişin kimi əyləşdiyi "Vaz" markalı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ona məxsus ayrı-ayrı bükümlərdə qablaşdırılan ümumilikdə 7 kiloqrama yaxın marixuana aşkarlayaraq götürülüb. Araşdırma zamanı onun narkotik vasitəni İran vətəndaşından əldə etdiyi müəyyən edilib. E.Hüseynova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə