Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Yavər İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bəkir Çobanzadə küçəsində baş verib. Belə ki, Y.İbrahimov idarə etdiyi avtomobillə Aqil İsmayılov və qardaşını vurub. A.İsmayılov hadisə yerində dünyasını dəyişib. Qardaşı isə hadisə şahidləri tərəfindən xəstəxanaya aprılıb. Sürücü Y.İbrahimova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə