Şirvanda evdən evdən oğurluq etməkdə təqsirləndirilən Ehtibar Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.
İş Hakim Aydan Məmmədlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, Ehtibar Həsənov Şirvan şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 200 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinir. O, bir müddət əvvəl də törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. İlkin dindirilmə zamanı E.Həsənov törətdiyi cinayəti etiraf edib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
