Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İlham Həşimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmə İlham Həşimovun anlaqsız olduğu və müalicə almaq üçün Respublika Psixiartiya Xəstəxanasına göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Xətai rayonunda qeydə alınıb. 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək 1966-cı il təvəllüdlü Rəhimə Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
