Məzmuna keç

Bakıda adam öldürməkdə təqsirləndirilən Çin vətəndaşı hakim qarşısına çıxarılır

Bakıda həmyerlisinin ölümündə təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşı Yuan Tiangangın cinayət işinin ibtidai istintaqı başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Çin Xalq Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Yuan Tiangang Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1975-ci il təvəllüdlü Pan Yualianga dəmir parçası ilə xəsarətlər yetirərək ölümünə səbəb olmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə