Dövlət Gömrük Komitəsi "AzMedTech" MMC-yə cərimə yazıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.
Bu xətaya görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə nəzərə tutulur.
Qeyd edək ki, "AzMedTech" MMC tibbi cihazların satışı, tədarükü və təmirini həyata keçirir.
Şəbnəm Mehdizadə
