Məzmuna keç

“Zeytun Pharmaceuticals” cərimələnə bilər

"Zeytun Pharmaceuticals" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər veri ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub.

Protokola Şirvan Şəhər Məhkəməsində hakim Ceyhun Mustafayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Zeytun Pharmaceuticals" min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə