Məzmuna keç

“Ailə Həkimi Klinikası” barəsində inzibati protokol tərtib olundu

"Ailə Həkimi Klinikası" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Suraxanı Rayon Məhkəməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Ailə Həkimi Klinikası” üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə