Məzmuna keç

“Atlas Medical Center” 10 min manatadək cərimələnə bilər

"Atlas Medical Center" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, tibb mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi (müvafiq icazə, olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Atlas Medical Center" beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının hələlik vaxtı məlum deyil.

Şəbnəm Mehdizadə