Məzmuna keç

Həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Şəmkirdə həmkəndlisini öldürməkdə təqsirləndirilən İdris Alıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev həmkəndlisi Fikrət Bağırovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə