Məzmuna keç

Narkotik bitkilərin kultivasiyasında təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Saatlıda narkotik bitkilərin kultivasiyasında təqsirləndirilən Elan Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Esmira Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Elan Bayramov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 114 ədəd çətənə kolu və şitili aşkar edilərək götürülüb. E.Bayramova qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə