“İnformasiya texnologiyalarının tətbiqi ədliyyə və məhkəmə sahəsinə də öz təsirini göstərməkdədir”
Bunu e-huquq.az-a açıqlamasında Yasamal Rayon məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.
“Son fərman və sərəncamlar onu göstərir ki, ölkə başçısı tərəfindən bütün dövlət qurumlarında rəqəmsallaşma aparılır. Ədliyyə və məhkəmə sahəsi də bu islahatlardan kənarda qalmır. Fikrimcə, məhkəmə sistemində rəqəmsallaşma, şəffalığın təmin edilməsi, səmərəliliyin artırılması sahəsində islahatlar daha da genişlənəcək. Burada əsas məqsəd məhkəmə sistemində ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi və keyfiyyətin artırılmasıdır. İnformasiya texnologiyalarının tətbiqi müəyyən dərəcədə qeyd etdiyim bu sahələrə də öz təsirini göstərməkdədir”, – deyə R.Qurbanov qeyd edib.
