Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nuhbala Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, Nuhbala Qurbanov idarəetdiyi avtomobillə yolu keçən 2006-cı il təvəllüdlü Usubzadə Dərya Zəfər qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Qurbanova qarşı Cinayət Məcəlləsini 263.1-1 maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
