"Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən Fərmandan sonrakı dövrdə 50-yə yaxın məhkəmədə monitorinqlər aparıldı, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırıldı".
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov AZƏRTAC-da nəşr olunan məqaləsində qeyd edib.
O bildirib ki, Prezident İlham Əliyevin aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" imzaladığı Fərmandan sonrakı dövrdə fəaliyyətində daha kobud pozuntularla bağlı isə 39 hakim barəsində intizam icraatlarına baxılaraq onlardan 6-sı tutduğu vəzifədən azad olunub: "2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi, digərləri barəsində isə müxtəlif intizam tənbehi tədbirləri görülüb".
