Məzmuna keç

“Qaya Nəqliyyat” cərimələnə bilər

"Qaya Nəqliyyat" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Qaya Nəqliyyat" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə