Bakıda Keçmiş qudasını maşınla vuraraq qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən Rauf İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 51 yaşlı Rauf İslamov idarə etdiyi “Ford” markalı maşınla aralarında yaranmış münaqişə zəminində keçmiş qudası, Ağsu sakini Babək Əmrahovu vurub. Babək Əmrahov xəstəxanaya yerləşdirilib. R.İslamova qarşı Cinayət Məcəlləsinin 120-ci (cinayət etməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
